...

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Hadisə Materials 18 İyun 2022 03:21 (UTC +04:00)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Nəsimi rayonunda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 2 m² olan elektrik otağında 60 ədəd sayğac və 4 p.m kabel yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Şaxta boyunca kommunikasiya xətləri və mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti