...

DİN qadını təpiklə itələyərək avtobusdan atan sürücü barədə məlumat yaydı

Hadisə Materials 30 İyun 2022 12:04 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt şəhərində polis tərəfindən avtobus sürücüsünün saxlanılması ilə bağlı yayılan məlumatlar əsassızdır.

Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev-ə bildirib

Müvafiq ekspertizalar təyin edilib, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Sumqayıtda marşrut avtobusunda sürücü ilə sərnişin arasında insident baş verib.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Trend xəbər verir ki, hadisə bir neçə gün öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan şəhərdaxili avtobuslardan birində yaşanıb. Mübahisə zamanı qadın sərnişin sürücünü təhqir edib. Daha sonra əlindəki çanta ilə onun başından vurub. Bundan sonra sürücü qadını təpiklə itələyərək avtobusdan atıb. Hadisə zamanı qadın qapıdan yola yıxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti