...

Bakıda 81 nömrəli avtobus minik avtomobili ilə toqquşub

Hadisə Materials 7 İyul 2022 11:48 (UTC +04:00)
Bakıda 81 nömrəli avtobus minik avtomobili ilə toqquşub
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Mehdiabad qəsəbəsində “Çinar Trans” MMC-nin istismarında olan 81 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JZ 281 DQN-lı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, avtobus dönmə əməliyyatı edərkən minik avtomobili ilə toqquşub. Qəza avtobus depodan reysə çıxmaq üçün Qaraçuxur qəsəbəsinə gedən zaman baş verdiyindən nəqliyyat vasitəsi boş olub. Minik avtomobilində olan iki nəfər xəsarət alıb.

Hadisə ilə əlaqədar müvafiq araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti