...

Xaçmazda 375 kiloqram narkotik bitki aşkarlanıb

Hadisə Materials 13 İyul 2022 10:41 (UTC +04:00)

Bakı. Trend:

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Namik Kamalovu saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin rayonun Nağıoba kəndi ərazisindəki meşə sahəsində əkib yetişdirdiyi 1948 ədəd (ümumi çəkisi 375 kiloqram 100 qram) yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.Kamalovun barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti