...

Bu ilin 6 ayı ərzində Bakıda 8 008 cinayət hadisəsi törədilib

Hadisə Materials 20 İyul 2022 15:35 (UTC +04:00)
Bu ilin 6 ayı ərzində Bakıda 8 008 cinayət hadisəsi törədilib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin birinci yarımili ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 8 008 cinayət hadisəsi qeydiyyata alınıb.

Trend-in məlumatına görə, bunu Bakı şəhər prokurorluğunda keçirilən əməliyyat müşavirəsində Bakı şəhər prokuroru Elşən Abbasov deyib.

O bildirib ki, həmin cinayətlərin 88,9%-nin açılması təmin edilib.

"Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri ərazisində qeydə alınmış 27 qəsdən adam öldürmə və 6 qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının açılması təmin edilib", - şəhər prokuroru qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti