Bakı. Trend:
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində iyul ayı ərzində rayonun Kərəmli kəndindən vətəndaşlara məxsus iri buynuzlu mal-qaranı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, araşdırmalar zamanı məlum olu ki, rayonun Hacıməlik qəsəbə sakini Ramin Yusibov vətəndaşa məxsus ümumi dəyəri 10.000 manat olan 6 baş iri buynuzlu mal qaranı kənd ərazisindəki otlaq sahədən oğurlayaraq Gəncə şəhərində yaşayan qaynanasının evində gizlədib.
Bundan başqa saxlanılan şəxsin ətrafında davam etdirilən
istintaq-əməliyyat tədbirləri nəticəsində onun daha bir cinayət
əməli aşkar olunub. Belə ki, R. Yusibov Kərəmli kəndindəki otlaq
sahədən daha bir vətəndaşa məxsus ümumi dəyəri 2000 manat olan 2
baş iri buynuzlu mal qaranı oğurlayaraq satıb.
Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməllərini
etiraf edib, faktla bağlı araşdırmalar davam etdirilir.