Bakı. Trend:
Salyan rayonunun Xələc kəndində ümumi sahəsi 48 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 32 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.