...

Çində şaxtanı su basıb, 14 nəfər ölüb

Hadisə Materials 18 Sentyabr 2022 08:48 (UTC +04:00)
Çində şaxtanı su basıb, 14 nəfər ölüb

Bakı. Trend:

Sentyabrın əvvəlində Çinin Hebey vilayətində dəmir filizi şaxtasını su basması nəticəsində 14 nəfər həlak olub, biri isə itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə "Sinxua" agentliyi yerli hakimiyyətə istinadən bildirib.

Məlumata əsasən, hadisə sentyabrın 2-də Tanşan şəhər dairəsinin "Taoşuyuy" mədənində baş verib. Hadisə ilə bağlı araşdırma davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti