İtaliyada velosiped zavodunda yanğın baş verib

Hadisə Xəbər 26 Sentyabr 2022 02:58 (UTC +04:00)

Bakı. Trend:

İtaliyanın şimalındakı Kavartsere kommunasında yerləşən "Bottecchia Cicli" velosiped zavodunda yanğın baş verib.

Trend xəbər verir ki, bu barədə AGI agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, 6 min kvadratmetrdən çox ərazidə baş verən yanğının söndürülməsində bir neçə yanğınsöndürmə briqadası iştirak edir.

Hadisə yerində hüquq-mühafizə orqanları və təcili yardım qrupları da işləyir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti