...

Bakıda şirniyyat evi yanıb

Hadisə Materials 6 Oktyabr 2022 14:53 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli obyektin (şirniyyat evi kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və ərazidə 3 ədəd ağac yanıb.

Bu barədə FHN-dən Trend-ə bildirilib.

Yüksək temperaturdan bitişik tikilinin xarici divarına quraşdırılan 1 ədəd kondisionerin mühərrik hissəsi əriyib.

Obyektin qalan hissəsi və tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti