...

Külli miqdarda dələduzluqda təqsirləndirilən keçmiş vəkilə hökm oxundu

Hadisə Materials 10 Oktyabr 2022 11:01 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən keçmiş vəkil Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə təqsirləndirilən şəxslə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Səfərli 8 il azadlıqdan məhrum edilib.

İttihama görə, əvvəllər vəkillik fəaliyyəti ilə məşğul olan V.Səfərli bir neçə vətəndaşın etibarından sui-istifadə edərək ümumilikdə 200 min manatdan artıq dələduzluqda təqsirləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti