...

Masallıda ikimərtəbəli ev yanıb

Hadisə Materials 12 Oktyabr 2022 14:20 (UTC +04:00)
Masallıda ikimərtəbəli ev yanıb

Bakı. Trend:

Masallıda ikimərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbəsində ümumi sahəsi 288 kv.m (hər mərtəbəsi 144 kv.m) olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 80 kv.m sahədə və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 70 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bərdə rayonunun Dəymədağıldı kəndində ümumi sahəsi 100 kv.m olan talvarın altına yığılan 12 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti