...

Bakıda 144 min manat dələduzluq edən şəxsə hökm oxundu

Hadisə Materials 17 Oktyabr 2022 16:34 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Sirac Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Quliyev 4 il 6 ay 13 gün azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Suraxanı rayonunda baş verib. Rayon sakini, ev alqı-satqısı ilə məşğul olan Babək Əliyevi qonşusu Sirac Quliyev aldadıb. S.Quliyev zərərçəkmişə Çindən telefon aksesuarları gətirib satmaq vədi verib. Bu yolla ondan 92 min 500 manat alıb. Həmçinin o Babək Əliyevin yeznəsi Ehtiram Əliyevi də aldadıb. Sirac Ehtirama Dubaydan kompüter gətirib sataraq gəlir əldə edəcəyini bildirib və bu üsulla ondan 52 min manat pul alıb.
S. Quliyev zərərçəkmişlərin ümumilikdə 144 min 500 manatını dələduzluq yolu ilə mənimsəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti