...

Bərdə sakini ov tüfəngi ilə həmkəndlisinə atəş açıb

Hadisə Materials 31 Oktyabr 2022 19:04 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 13 radələrində Bərdə rayonunun Bala Qəcər kəndi ərazisində kənd sakini əvvəllər məhkum olunmuş Rəcəb Məmmədov münaqişə zəminində həmkəndlisi Eldar Məmmədova ov tüfəngindən atəş açıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, E.Məmmədov və onları aralamaq istəyən kənd sakini Sərxan Əsədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində R.Məmmədov Qaradəmirçi kəndi ərazisində tutulub. Ondan qanunsuz saxladığı 1 ədəd ov tüfəngi götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti