Bakı. Trend:
Tərtər rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Bəyimsarov kəndində ümumi sahəsi 220 m² olan birmərtəbəli evin çardağının yanar konstruksiyaları 140 m² sahədə və çardağına yığılan 8 ton ot bağlamasının 4 tonu yanıb. Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.