...

DİN Ucardakı yanğınla bağlı məlumat yayıb

Hadisə Materials 24 Noyabr 2022 16:51 (UTC +04:00)
DİN Ucardakı yanğınla bağlı məlumat yayıb

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 12 radələrində Ucar Rayon Polis Şöbəsinə rayonun Təzə Şilyan kəndi ərazisində yerləşən fərdi yaşayış evlərinin birində yanğın hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olub.

DİN-dən Trend-ə bildirilib ki, daxil olan məlumatla əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə cəlb olunublar. Bu zaman yanğının baş verdiyi evdə bir nəfər vətəndaşın köməksiz vəziyyətdə qalması müəyyən edilib və hadisə yerinə gələn post-patrul xidməti bölüyünün əməkdaşı, polis serjantı Səfər Səfərli həmin şəxsi xilas etmək üçün yanğın baş verən evə daxil olub.

Polis əməkdaşının operativ müdaxiləsi nəticəsində vətəndaşın həyatı xilas edilib və o, xidməti avtomobillə Ucar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Evdə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının səyi nəticəsində söndürülüb və yaxınlıqda olan digər tikililər yanğından mühafizə olunub.

Faktla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti