...

Gəncə icra hakimiyyətinin qarşısında bir nəfər özünə xəsarət yetirib

Hadisə Materials 29 Noyabr 2022 14:21 (UTC +04:00)
Gəncə icra hakimiyyətinin qarşısında bir nəfər özünə xəsarət yetirib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Gəncə şəhərində bir nəfər özünə xəsarət yetirib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

O bildirib ki, hadisə noyabrın 29-da baş verib. Bir qrup şəxsin Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında toplaşması ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinə məlumat daxil olub: "Polis əməkdaşları hadisə yerinə gələrək həmin şəxslərlə profilaktiki söhbət aparıb. Onlara İcra Hakimiyyəti rəhbərliyinin qəbul qaydaları xatırladılıb.

Həmin şəxslər polislə hər hansı bir mübahisə və ya münaqişə yaşamadan ərazini tərk etməyə başlayıblar. Əraziyə gələn vətəndaşlardan biri üzərində gətirdiyi kəsici alətlə qolunu kəsərək xəsarət yetirən zaman, polis əməkdaşları ona dərhal ilkin tibbi yardım göstərərək xəstəxanaya yola salıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti