...

Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeyi atəşə tutulub

Hadisə Materials 7 Dekabr 2022 15:32 (UTC +04:00)
Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeyi atəşə tutulub

Bakı. Trend:

Dekabrın 7-si saat 12:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyi atəşə tutulub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti