...

Binəqədi rayonunda yanğın olub

Hadisə Materials 11 Dekabr 2022 09:57 (UTC +04:00)
Binəqədi rayonunda yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Binəqədi rayonunda “Uzun Ömür Süd Məhsulları" MMC-nin ərazisində ümumi sahəsi 80 m² olan tikilinin dam örtüyünün taxta atmaları, içərisində 1 ədəd transformator, 1 ədəd generator və əşyalar (şüşə qablar, plastik taralar və.s) yanıb, bitişik ümumi sahəsi 100 m² olan talvarın lambirdən ibarət tavanı əriyib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, ərazidə olan digər sexlər və anbar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti