...

Bakıda ağır yol qəzasında ölənlərin sayı 5-ə çatıb (VİDEO) (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 1 Yanvar 2023 17:08 (UTC +04:00)
Bakıda ağır yol qəzasında ölənlərin sayı 5-ə çatıb (VİDEO) (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Bakıda baş verən qəzada ölənlərin sayı 5-ə çatıb.

Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirib ki, qəza zamanı 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, 1994-cü il Pərviz Əlizadə, 1994-cü il təvəllüdlü Aytəkin Allahyarova, 2001-ci il təvəllüdü Könul Namazova, 1997-ci il Jalə Aslanova ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

xxx

14:15

Bakıda Nizami rayonunda baş verən yol qəzasında 3 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib.

Onun sözlərinə görə, hadisə zamanı "Toyota Prius" və "Mercedes" avtomobilləri toqquşub. İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə "Mercedes"in manevr qaydalarını pozması nəticəsində baş verib. "Mercedes"də olan 3 nəfər ölüb. Hadisənin təfərrüatları dəqiqləşdirildikdən sonra ətraflı məlumat veriləcək. Faktla bağlı araşdırma aparılır".

Baş inspektor bildirib ki, qəza ilə əlaqədar yolda yaranmış sıxlıq aradan qaldırılıb, avtomobillərin hərəkəti təmin olunub.

"Sürücüləri bayram günlərində diqqətli olmağı çağırır, spirtli içkilərin təsiri altında və yorğun halda avtomobil idarə etməməyi tövsiyə edirik", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti