...

Şəmkirdə istixanada yanğın olub

Hadisə Materials 8 Yanvar 2023 01:25 (UTC +04:00)

Bakı. Trend:

Şəmkir şəhərində ümumi sahəsi 500 m² olan istixananın polietilendən ibarət üzlüyü 10 m² sahədə və yaxınlıqda həcmi 200 litr olan çənin içərisində mazut qalıqları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, istixananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti