...

Masallıda ev yanıb, bir nəfər xəsarət alıb

Hadisə Materials 14 Yanvar 2023 17:39 (UTC +04:00)
Masallıda ev yanıb, bir nəfər xəsarət alıb

Bakı. Trend:

Masallıda ev yanıb, bir nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Masallı rayonunun Xırmandalı kəndində ümumi sahəsi 120 kv.m olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti