...

Gəncədə kollecdəki yanğında 14 nəfər tüstüdən zəhərlənib

Hadisə Materials 16 Yanvar 2023 20:10 (UTC +04:00)

Bakı. Trend:

Gəncədə kollecdəki yanğında 14 nəfər tüstüdən zəhərlənib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gəncə şəhəri, Şahsevənlər küçəsində yerləşən Gəncə Dövlət Universitetinin Regional Kollecində yanğın ilkin araşdırmaya görə, qısaqapanma nəticəsində baş verib.

Zəhərlənən şəxslərin vəziyyəti stabil və qənaətbəxşdir.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti