...

Əmisinin avtomobili ilə xuliqanlıq edən sürücü 500 manat cərimələndi (FOTO/VİDEO)

Hadisə Materials 18 Yanvar 2023 11:03 (UTC +04:00)
Əmisinin avtomobili ilə xuliqanlıq edən sürücü 500 manat cərimələndi (FOTO/VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını və ictimai asayişi kobud şəkildə pozan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, rayonun Çayarxı kənd sakini Əmrah Qədimalıyev sürücülük hüququ olmadan idarə etdiyi əmisinə məxsus “VAZ-2107” markalı avtomobillə intizamsızlıq edərək qaydaları kobud şəkildə pozub. Yol polisinin “saxla” əmrinə tabe olmayan sürücü əməllərini davam etdirib və digər hərəkət iştirakçılarına da təhlükə yaradıb.

Görülmüş tədbirlərlə həmin şəxs saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə Əmrah Qədimalıyev 500 manat məbləğində cərimə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti