...

Ağstafada maskalı şəxslər evə basqın edib

Hadisə Materials 15 Fevral 2023 11:55 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ağstafa rayonunda maskalı şəxslər evə basqın edib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhər ərazisindəki evlərin birinə girən 2 nəfər maskalı ev sahibəsini bıçaqla hədələyərək 250 manat pulunu, qızıl üzüyünü və sırğasını quldurluq yolu ilə talayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci maddəsi (Quldurluq) ilə cinayət işi başlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Pərviz Yolçuyev və Ümid Zeynalov saxlanılıblar.

Xəbər lenti

Xəbər lenti