...

FHN-in Türkiyədəki mobil səhra hospitallarında 199 uşağa tibbi xidmət göstərilib (FOTO/VİDEO)

Hadisə Materials 20 Fevral 2023 11:33 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hospitallarda ötən günlər ərzində ümumilikdə 199-u uşaq olmaqla 1090 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti