...

Xəzər rayonunda qanunsuz tikintilərin qarşısı alınıb (FOTO)

Hadisə Materials 28 Fevral 2023 16:16 (UTC +04:00)
Xəzər rayonunda qanunsuz tikintilərin qarşısı alınıb (FOTO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən Trend-ə bildirilib ki, Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən “Təmənis” yaşayış massivində və Nəriman Əliyev küçəsində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyektlər sökülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti