...

DSX və DİN-dən Füzulidə əməliyyat: 10 kiloqramdan çox narkotik vasitə aşkarlandı

Hadisə Materials 18 Mart 2023 10:43 (UTC +04:00)
DSX və DİN-dən Füzulidə əməliyyat: 10 kiloqramdan çox narkotik vasitə aşkarlandı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Mart ayının 18-i saat 03:40-da Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Mollaməhərrəmli kəndi yaxınlığında “Saipa” markalı, 99-PU-326 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi şübhə doğurduğu üçün saxlanılıb.

Bu barədə Trend-ə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı saxlanılan şəxslərin Bakı şəhər sakinləri - Ələkbərov Nicat Hatəm oğlu, Qurbanov Əlixan Əlzahid oğlu və Şükürov Yəhya Tahir oğlu olmaları müəyyən edilib. Avtomobilə baxış keçirilərkən ümumi çəkisi 10 kiloqram 500 qram narkotik vasitə (4 kiloqram marixuana, 4 kiloqram tiryək, 2 kiloqram metamfetamin və 500 qram heroin) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti