...

Bakıda ev yanıb, 2 nəfər yaralanıb

Hadisə Materials 26 Mart 2023 14:18 (UTC +04:00)
Bakıda ev yanıb, 2 nəfər yaralanıb

Bakı. Trend:

Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda bir dam altında tikilən birmərtəbəli evlərdən ümumi sahəsi 70 m² olan 2 otaqlı evin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 10 m² sahədə, içərisində ümumi sahəsi 45 m² olan qazanxananın yanar konstruksiyaları və binanın dam örtüyü 80 m² sahədə yanıb. Yüksək temperaturdan 1 otağın lambirdən ibarət tavanı 5 m² sahədə əriyib. Yanğın zamanı 2 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti