...

Qubada fəhlə cərəyan vurması nəticəsində ölüb

Hadisə Materials 5 Aprel 2023 17:39 (UTC +04:00)
Qubada fəhlə cərəyan vurması nəticəsində ölüb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 5-i saat 14 radələrində 1985-ci il təvəllüdlü Turab Nəsirovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Quba rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, ilkin araşdırma zamanı “DOST İş Mərkəzi” MMC xətti ilə “Azəriqaz” İB-nin Xaçmaz Regional Qaz İstismar İdarəsinin Quba Xidmət Sahəsinə fəhlə kimi təhkim edilmiş Turan Nəsirovun rayonun Amsar kəndi ərazisində elektrik dirəyindən ötürücü naqili kəsmək istəyən zaman cərəyan vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti