Bakı. Trend:
Mingəçevirdə 10 yaşlı uşağın ölümü ilə bağlı araşdırmalara başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Mingəçevir şəhər sakini, 2013-cü il təvəllüdlü Nailə Babayevanın (ad və soyadlar şərtidir) ölməsi faktı ilə bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.