...

Tərtərdə çoban ov tüfəngi ilə qətlə yetirilib

Hadisə Materials 27 Aprel 2023 16:08 (UTC +04:00)
Tərtərdə çoban ov tüfəngi ilə qətlə yetirilib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 27-də saat 15 radələrində Tərtər rayonu Həsənqaya kəndi ərazisində üzərində xəsarət izləri olan meyit olması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, ilkin məlumata görə kəndin otlaq sahəsində 40-50 yaşlarında olan kişi ov tüfəngi ilə qətlə yetirilib.

Qətlə yetirilən şəxsin Söylən kənd sakini Allahverdiyev Qaryağdı Abbas oğlu olması müəyyən edilib. O həmin ərazidə çobanlıq fəaliyyəti ilə məşğul olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti