...

Hacıqabul sakini üzərinə qaya parçalarının aşması nəticəsində ölüb

Hadisə Materials 8 May 2023 12:53 (UTC +04:00)
Hacıqabul sakini üzərinə qaya parçalarının aşması nəticəsində ölüb

Bakı. Trend:

Qubadlı Rayon Polis Şöbəsinə bu gün səhər 10 radələrində təmir-tikinti şirkətlərindən birində çalışan Coşqun Hüseynovun işə gəlməməsi ilə bağlı məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Trend-ə bildirib ki, keçirilmiş tədbirlərlə Hacıqabul rayon sakini, 1978-ci il təvəllüdlü Coşqun Hüseynovun meyiti Həkəri çayının yatağından aşkar edilib. İlkin ehtimala görə onun üzərinə qaya parçalarının aşması nəticəsində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti