...

Zərdabda 4 otaqlı ev yanıb

Hadisə Materials 14 May 2023 00:51 (UTC +04:00)
Zərdabda 4 otaqlı ev yanıb

Bakı. Trend:

Zərdab şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərdə ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxində 7 m² sahədə mətbəx mebeli, 1 ədəd soyuducu və 1 ədəd televizor yanıb. Yüksək temperaturdan mətbəxin tavanı 7 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti