...

Bakıda yaşayış binasında yanğın olub

Hadisə Materials 12 İyun 2023 05:01 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 7 ədəd sayğac yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, sayğacların qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti