...

Binəqədidə meyiti aşkar edilmiş şəxsin qəsdən öldürüldüyü MƏLUM OLUB

Hadisə Materials 8 İyul 2023 12:32 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 5-i saat 17 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Saleh Sadıqovun çürümüş meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən trend-ə verilən məlumata görə, Prokurorluq və polis əməkdaşlarının hadisə aşkar olundıqdan sonra isti izlər əsasında keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkmişin iyunun 25-i saat 01 radələrində 1988-ci il təvəllüdlü Anar Cəfərov tərəfindən aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Anar Cəfərov cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti