...

Tərtərdə itkin düşən 16 yaşlı oğlanın meyiti tapıldı (YENİLƏNİB)

Hadisə Materials 17 Avqust 2023 13:18 (UTC +04:00)
Tərtərdə itkin düşən 16 yaşlı oğlanın meyiti tapıldı (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tərtərdə itkin düşən 16 yaşlı oğlanın meyiti tapılıb.

Trend xəbər verir ki, Atayev Vidadi Samir oğlunun meyiti Mamırlı kəndində, qonşularının həyətində ağacdan asılmış vəziyyətdə aşkarlanıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Vidadinin atası Samir Atayev Rusiyada yaşayır. Vidadi iki bacısı ilə birlikdə anasının himayəsində olub.

xxx

11:11

Tərtərdə 16 yaşlı oğlan itkin düşüb.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata gõrə, Tərtər rayonu Mamırlı kənd sakini, 2007-ci il təvəllüdlü Atayev Vidadi Samir oğlu 15 avqust tarixində evdən çıxıb və geri qayıtmayıb. Onun itkin düşməsi barədə 16 avqustda Tərtər Rayon Polis şöbəsinə məlumat verilib.

Qeyd edilən məlumatla əlaqədar polis əməkdaşları tərəfindən intensiv axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti