Bakı. Trend:
Sumqayıtda evdən 90 min manat oğurlayan şəxs saxlanılıb.
Trend xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qurd dərəsi bağlar sahəsindəki evlərin birindən 90.000 manat pul oğurlamaqda şübhəli bilinən Qubadlı rayon sakini Məhəbbət Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.