...

Bakıda təmir sexində yanğın olub

Hadisə Materials 1 Oktyabr 2023 09:03 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 360 m² olan birmərtəbəli soyuducu təmiri sexində sahəsi 20 m² olan mətbəx və ofis otağının yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən sexin içərisində hər birinin həcmi 5 litr olan 3 ədəd freon, 1 ədəd həcmi 20 litr olan məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb.

Sexin qalan hissəsi və bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti