...

Xaçmazda yük avtomobili yanıb - Xəsarət alan var

Hadisə Materials 7 Oktyabr 2023 15:10 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmazda “Qazel” markalı yük avtomobili yanıb.

FHN-dən Trend-ə verilən xəbərər görə, hadisə rayonun Ərəb kəndində baş verib.

Belə ki, ümumi sahəsi 50 m² olan talvarın yanar konstruksiyaları, altına yığılan 12 ton ot bağlamasının 8 tonu, yaxınlıqda dayanan “Qazel” markalı yük avtomobilinin kabinəsi və qoşqusunun üzərinə çəkilən tent qismən yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Ot bağlamalarının, avtomobilin qalan hissəsi və yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti