Bərdə. Trend:
Bərdədə yük maşını ilə minik avtomobili toqquşub 1 nəfər ölüb.
Trend xəbər verir ki, Bərdədə 1 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.
Hadisə Bərdə rayonu Hacallı kənd sakini, 1986-cı il təvəllüdlü Məhərrəmov Elməddin Məhəmməd oğlunun idarə etdiyi 09-BB-293 dövlət nömrə nişanlı, "VAZ 2106" markalı minik avtomobili 1972-ci il təvəllüdlü Cabbarov Təhsin Məhərrəm oğlunun idarə etdiyi "KamAZ" markalı yük maşını ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü E.Məhərrəmov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır