Bakı. Trend:
Nərimanov rayonu ərazisində yerləşən ticarət mərkəzində mağazaların birindən 2900 manat dəyərində 4 ədəd gödəkcənin oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən xəbərə görə, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini İsmayıl Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.