...

Bakı-Sumqayıt yolunda qəza törədib qaçan sürücü ƏLƏ KEÇİB

Hadisə Materials 24 Noyabr 2023 12:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Sumqayıt yolunda "Opel" markalı 99-GC-845 nömrə nişanlı avtomobili vuraraq hadisə yerindən yayınan sürücü aşkar edilərək məsuliyyətə cəlb edilib.

Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı qeyd olunan nəqliyyat vasitəsinin "Ravon" markalı 99-DX-976 nömrə nişanlı avtomobil olduğu və hadisəni törədənin 1995-ci il təvəllüdlü Abbaszadə Röyal Qalib oğlu olduğu aşkar edilib.

R.Abbaszadə müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti