Bakı. Trend:
Zaqatala rayonunda ikimərtəbəli ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Əliabad qəsəbəsində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində bir otağın tavanı və dam örtüyünün yanar konstruksiyaları 12 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.