...

Bakı-Şamaxı yolu buz bağladı

Hadisə Materials 31 Yanvar 2024 10:10 (UTC +04:00)
Bakı-Şamaxı yolu buz bağladı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Şamaxı yolu buz bağlayıb. Yolun buz bağlaması səbəbindən hərəkəti çətinləşib, qəzalar baş verib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Trend-ə bildirib ki, yolda buzlaşma var.

"Lakin Agentliyin texnikaları yolda növbə çəkirlər. Yola duz-qum qarışığı səpilir. Yoldakı problemlər aradan qaldırılması istiqamətdə işlər görülür", - deyə o qeyd edib.

Qeyd edək ki, Bakı-Şamaxı yolunun buz bağlaması sürücülərə çətin anlar yaşadıb. Şaxtalı hava yolda hərəkəti iflic edib.

Yolun buz bağlaması qəzaya da səbəb olub. Hadisə zamanı minik avtomobilləri toqquşublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti