...

İmişlidə 11 yaşlı uşağın axtarışları davam etdirilir (VIDEO)

Hadisə Materials 9 Fevral 2024 15:51 (UTC +04:00)
İmişlidə 11 yaşlı uşağın axtarışları davam etdirilir (VIDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi tərəfindən ötən ilin 26 dekabrında İmişli rayonu, Qaragüvəndikli kəndində itkin düşən 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin təlimatçı-kinoloqlarla birgə xüsusi təlim görmüş itlərdən ibarət qrupu və Muğan Regional Mərkəzinin qüvvələri tərəfindən uşağın itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti