...

Samuxda açıq ərazidə yanğın baş verib (VİDEO)

Hadisə Materials 14 Fevral 2024 11:20 (UTC +04:00)
Samuxda açıq ərazidə yanğın baş verib (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Samux rayonunun Yenikənd kəndi yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Samux rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin həyata keçirdikləri zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində təxminən 6 ha sahədə qamışlıq və kol-kos yanıb, ətraf ərazilər yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti