...

Bakıda 26 yaşlı oğlan bıçaqlanıb

Hadisə Materials 6 Mart 2024 04:16 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Martın 6-da saat 02 radələrində Qaradağ rayonu ərazisində 1998-ci il təvəlüdlü Haqverdiyev İlham Sabir oğlunun kəsici-deşici alətlə yetirilən xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Bayramov Məzahir Elşən oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti