...

Bakıda qətl hadisəsi ilə bağlı cinayət işi açılıb

Hadisə Materials 6 Mart 2024 07:20 (UTC +04:00)
Bakıda qətl hadisəsi ilə bağlı cinayət işi açılıb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Martın 6-da saat 00:15 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində 1998-ci il təvəllüdlü İlham Haqverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Trend-in məlumatına görə, bu barədə Qaradağ rayon prokurorluğu məlumat yayıb.

Araşdırmalarla 2006-cı il təvəllüdlü Məzahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı İlham Haqverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Məzahir Bayramov iş üzrə prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti