Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə yağan
intensiv yağışlar səbəbindən Bakı şəhərinin Qaradağ rayonu,
Qobustan qəsəbəsi ərazisində vətəndaşa məxsus fərdi yaşayış evinin
və həyətyanı sahəsinin subasmaya məruz qalması barədə məlumat daxil
olub.
Nazirlikdən Trend-ə
verilən məlumata görə, məlumatla əlaqədar dərhal Dövlət Yanğından
Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Görülmüş tədbirlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək
kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri
həyata keçirilib.